İran xarici işlər nazirinin Azərbaycana səfər tarixi və proqramı məlum oldu

Siyasət

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbələrdən bildiriblər. İranlı nazir səfər çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşərək danışıqlar aparacaq.

Səfər çərçivəsində Qarabağın işğaldan azad olunmasından sonra bölgədə yaranan yeni əməkdaşlıqlar və İran şirkətlərinin Qarabağın bərpasında iştirakı ilə əlaqədar fikir mübadiləsi aparılacaq.

İran xarici işlər naziri, həmçinin Azərbaycan, İran və Rusiya üçtərəfli əməkdaşlıqlarla bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr aparacaq.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir