Coğrafiya İnstitutu: “Ermənistan türklərə aid 15 mindən çox adı “toponimik soyqırımına” məruz qoyub” – FOTO

Müharibə


İndiki Ermənistan ərazisində XIX əsrin ortalarında mövcud olan və azərbaycanlılara məxsus 2 310 yaşayış məntəqəsindən 1 750-sinin adı zaman-zaman dəyişdirilib.

“Report” xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun Qarabağ və Şərqi Zəngəzura dair yeni çapdan çıxarmış nəşrində yazılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, son 200 il ərzində azərbaycanlıların yaşadığı 1 000-ə yaxın kənd tamamilə dağıdılıb və iki milyon soydaşımız qətlə yetirilib.

“XX əsrin 30-cu illərindən başlayaraq erməni millətçiləri Qərbi Azərbaycanda, işğal olunmuş ərazilərdə və xəritələrdə kütləvi şəkildə Azərbaycan-türk mənşəli coğrafi adların dəyişdirilməsinə və erməniləşdirilməsinə başlayıblar. Ümumilikdə, türk etimologiyasına aid 15 mindən çox coğrafi ad (toponimlər) “toponimik soyqırımına” məruz qalıb”, – deyə Coğrafiya İnstitutundan bildirilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində əsrlərlə mövcud olmuş türk-Azərbaycan mənşəli toponimlərin ermənilər tərəfindən dəyişdirilməsi cinayət və xalqımızın tarixinə zərbədir:

“Toponimik araşdırmalar sübut edir ki, indiki Ermənistan ərazisinin toponimiyası Azərbaycan toponimiyasının tərkib hissəsi olub və ümumtürk toponimiyasının bir hissəsini təşkil edir.

Son iki erməni-azərbaycanlı müharibəsi (1988-1993 və 2020-ci illər) haqqında çox danışıb-yazırlar, lakin biz unutmamalıyıq ki, iki respublikanın qarşıdurması keçən əsrin əvvəlindən, yəni yüz il əvvəl başlayıb. Bu müddət ərzində ermənilər öz əsas məqsədlərinə (azərbaycanlıları məhv etmək, qovmaq yolu ilə onların ərazilərini zəbt etmək) çatmaq üçün yeddi dəfə elan olunmayan müharibəyə başlayıblar: 1) 1905-1906-cı illər; 2) 1914-1917-ci illər; 3) 1918-ci il; 4) 1919-cu ilin may-iyun ayları; 5) 1920-ci ilin sonu; 6)1988-1993-cü illər; 7) 2020-ci ilin sentyabr-noyabr ayları.

Qərbi Azərbaycan Rusiya imperiyasının həyata keçirtdiyi əhalinin xristianlaşdırılması siyasətinin nəticəsində Azərbaycan türklərinin XIX əsrin 1828-1832-ci illərində, 50-ci, 70-ci və 90-cı illərində, sonra XX əsrin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərində öz tarixi torpaqlarından 8 dəfə kütləvi deportasiyaları baş verib. İki yüz il dövlət səviyyəsində aparılmış bu insanlığa zidd olan müstəmləkəçilik siyasətinin nəticəsində azərbaycanlıların hamısı Ermənistandan deportasiya olunub. Yalnız XX əsr ərzində iki milyon Azərbaycan türkü indiki Ermənistandan – Qərbi Azərbaycandan, tarixi-etnik torpaqlarından qovulublar.

Ermənilərin Qafqaza köçürülməsi rus çarı I Pyotr tərəfindən XVIII əsin əvvəlindən başlayıb. Bu məqsədlə rus çarı 10 noyabr 1724-cü il tarixli Ali sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edib.

I Pyotrun ermənilərlə əlaqədar siyasəti II Yekaterina, sonralar imperatorlar I Aleksandr və I Nikolay tərəfindən davam etdirilib. 21 mart 1828-ci il tarixində I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının yerində yeni yaradılmış Erməni vilayətinin tərkibinə daxil olan 1111 kənddən yalnız 62-sində ermənilər yaşayıb. Bunlardan isə yalnız 14 kəndin adı erməni mənşəli olub”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir