İslandiya millisinin baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.
İslandiya Futbol Assosiasiyasının yaydığı məlumata görə, mütəxəssislə yollar ayrılıb.
Maraqlıdır ki, istefa, yığmanın AVRO-2024-ün seçmə mərhələsinin II turunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsindən sonra baş verib. İlk turda isə komanda Bosniya və Herseqovinaya 0:3 uduzub.
Arnar 2020-ci ildən bu komandanı çalışdırıb.
www.102info.az