Azərbaycan “yaşıl enerji” sahəsində ABŞ şirkətlərini əməkdaşlığa dəvət edib

Dünya


Azərbaycan “yaşıl enerji” sahəsində ABŞ şirkətlərini əməkdaşlığa dəvət edir.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu”nda bildirib.

E.Soltanov qeyd edib ki, Azərbaycan “yaşıl enerji” gündəliyinin bütün komponentlərini paralel şəkildə inkişaf etdirir və bu sahədə xarici investisiya cəlb edib.

“Buna misal olaraq ölkədə ilk dəfə 400 MVt/saat gücündə günəş əsaslı zavodun qurulmasını göstərə bilərəm. “Yaşıl enerji” layihələri 2030-cu ilə qədər icra olunacaq. Azərbaycanın bərpa olunan enerji potensialı 200 MVt/saat təşkil edir. Qarabağ və Şərqi Zəngəzurun inkişafı, sıfır xalis emissiya ərazisində 700 MVt/saat, eyni zamanda 60 kiçik su elektrik stansiyalarının inkişafı 2026-ci ilə qədər təmin olunmalıdır”, – deyə E.Soltanov bildirib.

Onun sözlərinə görə, Naxçıvanın zəngin enerji qovşağına çevrilməsi istiqamətində işlər davam edir:

“Bir çox xarici layihələri burada həyata keçirmək niyyətindəyik. Enerji potensialımızı tam olaraq Türkiyə və Avropaya ixrac edə bilərik. “Yaşıl enerji” dəhlizi Azərbaycandan keçərək Qara dənizaltı layihəsi vasitəsilə reallaşacaq. Xəzər dənizi “yaşıl enerji”nin məkanı olacaq. Azərbaycan özünün və Avropanın enerji sahəsini şaxələndirir. Təxminən 1 ildən sonra Azərbaycanın enerji sistemində aparılan islahatlar özünü daha yaxşı hiss etdirməyə başlayacaq”.

E.Soltanov ölkədə müstəqil transmissiya sistemi operatorluğunun yaradılması məsələsinə də toxunub:

“Hazırda həm inteqrasiya, həm də transmissiya sistemi “Azərenerji” ASC-də birləşib. Adətən mütərəqqi ölkələrdə bu ayrı olur. Bizdə də yavaş-yavaş bu proses başlayıb və bununla bağlı qanunda hazırlanıb”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir