Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in fəxri doktoru Əziz Səncər adına tədqiqat mükafatına sənəd qəbulu elan olunur.
Universitetdən APA-ya verilən xəbərə görə, mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədilə təsis olunub. Müsabiqəyə UNEC əməkdaşlarının qida təhlükəsizliyi, qida elmləri və texnologiyası, biokimya, mikrobiologiya, biotexnologiya sahələri üzrə dərc edilmiş elmi məqalələri qəbul olunur. Mükafat fondu 10 000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan 30 iyun tarixinədək qəbul edilir. Mükafata təqdim edilən əsərlər müsabiqə komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqəyə WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda dərc edilmiş monoqrafiyalar, “Web of Science” bazasında Q1 və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr qəbul olunur. Təqdim olunan məqalədə müəllifin UNEC əməkdaşı olduğu qeyd edilməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada [email protected] e-mail ünvanına göndərilməlidir.
www.102info.az