Martın 27-də xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-a Xalq artistinin qızı Həcər İsrafilova məlumat verib.
Onun sözlərinə görə, ifaçı ağır vəziyyətdədir:
“Hələ də xəstəxanadayıq. Hər hansı bir irəliləyiş yoxdur. Ağır vəziyyətdədir”.
H.İsrafilova atasının mart ayının 27-dən reanimasiyaya yerləşdirildiyini qeyd edib:
“Atamın vəziyyəti yaxşı idi. Novruz bayramından sonra pisləşdi. Martın 27-də xəstəxanaya apardıq. Reanimasiyadadır. Yanına heç kəsi qoymurlar”.
Xalq artistinin qızı həkimlərin atasının xəstəliyi barədə tam məlumat vermədiklərini əlavə edib:
“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər. Ağciyərlərində, ürəyində bir qədər problem var. 82 yaşı var. Normaldır. O yaşda bütün problemlər üzə çıxır”.
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.
O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.
Nəzrin Vahid
www.RIA24.az