11 minə yaxın eksponatı ilə zəngin olan Azərbaycan Hərb Tarixi Muzeyi – FOTOREPORTAJ

Müharibə


1992-ci ildə Müdafiə Nazirliyinin nəzdində Azərbaycan Hərb Tarixi Muzeyi yaradılıb.

Oxu.Az-ın məlumatına görə, müdafiə nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 N-li əmrinə əsasən” təşkil edilən Azərbaycan Hərb Tarixi Muzeyinin ilk dövrdə Azərbaycan Hərb Tarixinə aid eksponatları yox idi.

Hazırda isə muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 11000-nə yaxındır.

Bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika nümayiş etdirilir.

Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, “44 günlük müharibə”, “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zallar fəaliyyət göstərir.

PhotoStock.az-ın Azərbaycan Hərb Tarixi Muzeyindən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir