Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Bağçılar səmtinə səfəri zamanı maraqlı hadisə yaşanıb. Belə ki, ətrafındakı uşaqlara xərclik verən dövlət başçısı gözlənilməz hadisə ilə qarşılaşıb: sakinlərdən biri pulu özünə götürmək istəyib. Bundan təəccüblənən prezident – “Dayan, ayıbdır”, – deyə ona iradını bildirir.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
www.RIA24.az