“Google” şirkəti “Twitter” və “Meta”dan ilhamlanaraq mavi işarənin tətbiqi üçün hərəkətə keçib.
Lakin məlumata görə, “Google”un bu yeniliyi rəqiblərindən bir qədər fərqli olacaq.
Texnologiya nəhəngi “Google Ads” tərəfindən təsdiqlənmiş reklamverənlərin axtarış nəticələrində görünən bəzi reklamlarına mavi işarə əlavə etməyi planlaşdırır.
Mavi işarənin təsdiqi çıxıntılı mavi dairədə görünəcək. Bu, “Google”un reklamları təsdiqetmə proqramının bir hissəsi olacaq. Təsdiqlənməmiş reklamçıların reklamlarında bu işarə görünməyəcək.
Bu yeni funksiya SEO analitiki Kuşal Bhervani tərəfindən aşkarlanıb və hazırda sınaqdan keçirildiyi deyilir.
“Google” hələlik bununla bağlı şərh verməyib.
Bununla belə təxmin edilir ki, texnologiya nəhəngi mavi işarə olan reklamlardan daha yüksək baxış sayına nail olmağı planlaşdırır.
Mənbə: Haber Global
www.102info.az