“Böyük Britaniya minatəmizləmə əməliyyatlarında Azərbaycanla sıx əməkdaşlıq edir”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün “Twitter” səhifəsində yazıb.
Ötən gün Bakı Olimpiya Stadionunun minifutbol meydançasında amputant futbolçular arasında keçirilmiş oyunu izləyən diplomat sosial şəbəkə hesabında paylaşım edib.
“ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə AFFA-nın keçirdiyi minadan zərər çəkən şəxslərdən ibarət komandaların oyununu izlədim. Futbolçuların oyuna olan sevgisi və fədakarlığını tribunada hiss edirdim”, – F.Auld vurğulayıb.
Qeyd edək ki, AFFA və Azərbaycan Minatəmizləmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
🇬🇧 minatəmizləmə əməliyyatlarında 🇦🇿- la sıx əməkdaşlıq edir. @ANAMA_gov_az ilə @affa_official-ın keçirdiyi minadan zərərçəkən şəxslərdən ibarət komandaların oyununu izlədim. Futbolçuların oyuna olan sevgisi və fədakarlığını tribunada hiss edirdim. pic.twitter.com/VnucPYGRFQ
— FergusAuldFCDO (@FergusAuldFCDO) April 4, 2023
www.102info.az