Amerika Birləşmiş Ştatları Ukraynaya növbəti hərbi yardım paketi ayırır.
Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, paketə HIMARS hava hücumundan müdafiə vasitələri, artilleriya mərmiləri və daha çox döyüş sursatı daxildir. Yardımın ümumi dəyəri 500 milyon dollardır.
Bundan əlavə, Pentaqon Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində hava hücumundan müdafiə vasitələri, artilleriya və tank sursatları, minaatan sistemləri, raketlər və tank əleyhinə sistemlərdən ibarət 2,1 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb.
Beləliklə də, ABŞ-nin Ukraynaya yeni hərbi yardımının həcmi 2,6 milyard dollar təşkil edəcək.
Mənbə: rbc.ua
www.102info.az