Britaniya Rusiya Ombudsmanının BMT-dəki çıxışını blokladı: “Qoy Haaqada danışsın” -FOTO

Dünya


Britaniya Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasındakı çıxışını bloklayıb.

Bu barədə Böyük Britaniyanın BMT-dəki nümayəndəliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, Rusiya ukraynalı uşaqların qondarma təxliyəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırıb. Brifinq üçün Moskva Mariya Lvova-Belovanı dəvət edib.

Britaniya Rusiya Ombudsmanının çıxışının yayımını blokladığını bildirib.

“Dezinformasiya yayması üçün ona BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəyirsə, bunu Haaqada edə bilər”, – deyə britaniyalı diplomatlar vurğulayıblar.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların deportasiyası işi üzrə Rusiya Prezidenti Vladimir Putin, eləcə də Ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.

Mənbə: RBC-Ukrayna

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir