İngiltərənin Staffordşir qraflığında olan 182 metr hündürlüyündəki elektrik stansiyasının bacası təhlükəsiz bir şəkildə partladılaraq 4 saniyəyə uçurulub.
Polisin xəbərdarlığına baxmayaraq təxminən 100 nəfərin uçurulma anını izləmək üçün bölgəyə gəldiyi ifadə edilib.
Qeyd edək ki, kömürlə çalışan elektrik stansiyasının 53 illik fəaliyyətdən sonra 2016-cı ildən bəri bağlı olduğu ifadə edilib.