Rusiyanın Sankt-Peterburq şəhərində içərisindən qaynar suyun axdığı boru kəməri partlayıb.
Nəticədə asfalt qatı çöküb və həmin ərazidəki dayanacaqda olan avtomobillərdən biri yerin altına girib. Avtomobilin içində olan baba və nəvələri yanıq xəsarətləri alıblar.
Ərazidə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Kommunal xidmətlər fəsadların aradan qaldırılması üçün tədbirlər görür.
Hadisənin səbəbi hələlik məlum deyil və araşdırmalara başlanılıb.
Mənbə: Gazeta.ru, “Lenta dnya” “Telegram”
www.102info.az