“Yaxın həftələrdə Ukraynanın əks-hücumu başlayacaq”.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin bütün fəaliyyətini dəstəkləyəcək.
O, hücumun məqsədini açıqlamayıb. Eyni zamanda o əlavə edib ki, Krımın qaytarılıb-qaytarılmaması ilə bağlı qərarı Ukrayna verməlidir.
“Ukrayna demokratik ölkədir”, – deyə Blinken vurğulayıb.
Mənbə: MK.ru
www.102info.az