DSX: “İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir”

Kriminal


“İran İslam Respublikasının xüsusi xidmət orqanları Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətində narkotik qaçaqmalçılığından da istifadə edirlər”.

Bunu APA-ya müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.

O bildirib ki, bu cinayətkar fəaliyyətə cəlb olunan şəxslərin sonradan müxtəlif yollarla xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur:

“İran hazırda Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir. Azərbaycan gənclərinin narkotiklərə aludə edilməsi xalqımızın gələcəyinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Sxem çox aydındır, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr daşımaq, burda bu narkotik vasitələri satıb Azərbaycan gəncliyini zəhərləmək, əldə olunan vəsaitdən isə Azərbaycan dövlətçiliyinə qarşı təxribat xarakterli əməllərdə istifadə etmək. Lakin Dövlət Sərhəd Xidməti, həmçinin, ölkəmizin hüquq-mühafizə orqanları bu məkrli planları ifşa edərək, qarşısını alırlar”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir