A Seriyası: “Yuventus” Romadan məğlub qayıdır – VİDEO

Dünya


İtaliya A Seriyasında XXIX tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun bağlanış, həm də mərkəzi oyunu paytaxt “Roma”da baş tutub. İkinci pillədə qərarlaşan “Latsio” “Yuventus”u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 58-ə yüksəldən “qartallar” ikinci pillədə möhkəmləniblər. Lider “Napoli”dən 16 xal geri qalan “Latsio”, üçüncü “Roma”nı beş xal üstələyir. “Yuventus” isə 44 xalla 7-cidir. Maliyyə maxinasiyalarına görə Turin klubunun hesabından 15 xal silinib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir