Argentinanın “Tiqre” klubunun azarkeşləri qeyri-adi hadisə ilə gündəmə gəliblər.
Fanatlar Sudamerikana Kubokunda Braziliyanın “San-Paulu” klubu ilə ev oyunundan öncə rəqib komandanın avtobusu olduğunu zənn edərək öz komandalarının üzvlərini daşıyan nəqliyyat vasitəsini daşa basıblar. Hadisə cümə axşamı baş verib. Bununla bağlı “Tiqre”nin futbolçusu Aqustin Kardozo özünün sosial şəbəkə hesabında paylaşım edib. Daha sonra o, həmin paylaşımı silib.
Sözügedən matç “San-Paulu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: “Daily Mail”
www.102info.az