Qərbi Azərbaycanın Saqqız şəhərində hökumət qüvvələri ilə əhali arasında toqquşmalar güclənir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində yerləşən Merac qızlar məktəbində İran bayrağı azadlıqsevərlər tərəfindən endirilib. Həmçinin İran bayrağı yandırılıb.
Eyni zamanda Saqqız şəhərində məktəblərə kimyəvi hücumlara qarşı etiraz aksiyası keçirən əhali hökumət qüvvələri tərəfindən güllələnir.
www.102info.az