İndoneziyanın Bali adasının cənub hissəsində 5,6 və 5,0 bal gücündə ard-arda iki zəlzələ qeydə alınıb.
Zəlzələ Denpasar şəhərindən 86 km cənubda yerli vaxtla səhər saat 07:36 və 07:37-də baş verib. Balinin paytaxtı olan Denpasar dünyanın ən çox turist cəlb edən yerlərindən biridir.
Dənizin 10-13 km dərinlikdə olan yeraltı təkanlar nəticəsində insan itkisi və dağıntılar barədə məlumat yoxdur. Seysmoloqlar sunami ehtimalının olmadığını vurğulayıblar.
Günün əvvəlində Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verdiyi məlum olub. Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib. İnsan ölümü və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: İzvestiya
www.102info.az