Ukraynanın müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin Tokmak şəhərində rusiyalılar yerli sakinləri Ukrayna pasportlarını və doğum haqqında şəhadətnamələrini təhvil verməyə məcbur edirlər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Qeyd olunub ki, bu yolla rusiyalılar əhalinin məcburi pasportlaşdırılmasını həyata keçirirlər.
“Qondarma hakimiyyət bildirib ki, Rusiya pasportunu əldə etmək üçün Ukrayna vətəndaşlığı pasportunu, doğum haqqında şəhadətnaməni təqdim etmək və barmaq izini qoymaq lazımdır. Eyni zamanda qeyd edilib ki, guya Ukrayna vətəndaşlığı pasportu və doğum haqqında şəhadətnamələrin orijinalı daha sonra sahiblərinə qaytarılacaq”, – deyə Baş Qərargahın məlumatında vurğulanıb.
Mənbə: RBC-Ukrayna
www.102info.az