Aprelin 8-də Abşeron rayonunda şantajla üzləşdiyini bildirən şəxs polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masazır qəsəbə sakini, 46 yaşlı Y.A. Abşeron RPİ-yə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı qadının və qardaşının ona hədə-qorxu gəldiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, sevgi münasibətində olduğu qadın qardaşı ilə birləşərək onu görüntüləri ilə şantaj edib. Həmin şəxslər ona görüntülərini sosial şəbəkələrdə yayacaqlarını bildiriblər və qadına məxsus evin təmirinə 4 min manatdan çox pul xərclədiblər.
Y.A. hədələrin davam etdiyini bildirib və polisin həmin şəxsləri məsuliyyətə cəlb etməsini xahiş edib.
Müraciətlə bağlı Abşeron RPİ-də araşdırma aparılır.
www.102info.az