“Bavariya”nın hücumçusu Erik-Maksim Şupo-Motinq Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ilk oyunda komandasına kömək edə bilməyəcək
34 yaşlı kamerunlu futbolçu dizindən zədəlidir. Bu səbəbdən Bundesliqada “Frayburq”la (1:0) matçı buraxan kamerunlu forvardın “şəhərlilər”lə görüşdə sıraya dönəcəyi düşünülsə də, bu, mümkün olmayıb.
Sabah keçiriləcək “Mançester Siti” – “Bavariya” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Mənbə: “Reuters”
www.102info.az