“Ancelina Coli” çirkli pulların yuyulmasında ittiham olundu

Dünya


“Ancelina Coli” çirkli pulların yuyulmasında və Rusiyadakı şəriki vasitəsilə onların nağdlaşdırılmasında ittiham olunub.

Belə ki, Rusiyanın Kazan şəhərinin sakini, 19 yaşlı Salavat adlı gənc Ancelina Coli ilə danışdığını düşünüb.

Həmçinin o əmin olub ki, milyonlarla məbləğdə pulları Hollivud ulduzu üçün nağdlaşdırır. Fırıldaqçılığa görə “Coli” ona böyük məbləğdə ödəniş vəd edib.

Əldə edilən məlumata görə, “Ancelina” 19 yaşlı sadəlövh “Bred” Salavatı aldatmağa nail olub. Salavat adlı gəncə aktrisanın adı olan hesabdan mesaj gəlib. Gənc şübhə etməyib ki, ona yazan şəxsən Colinin özüdür. O, ulduzun “paket” gəlirinin yuyulmasına təkcə onun gözəl gözlərinə görə deyil, həm də məbləğin 5-10% komissiyasına görə razılıq verib.

Rusiyalı gənc bankomatlardan nağd pul çıxarmalı və pulu aktrisanın “Anis” təxəllüslü kuryerinə təhvil verməli idi. O, öz adına iki bank kartı sənədləşdirib və onların rekvizitləri barədə “Anis”ə məlumat verib. Bir müddət sonra onun hesabına 950 min rubl daxil olub. O, “Ancelinanın vasitəçisinə” karta pul köçürməsi barədə bildirib və pulu nağd olaraq çıxarmaq üçün banka gedib. Amma heç nə alınmayıb. Əməliyyat təhlükəsizlik xidməti əməkdaşlarına şübhəli görünüb və hesab bağlanıb.

Lakin Salavat təslim olmayıb. O, təxminən beş dəfə Kazanda, sonra isə Çeboksarda “aktrisanın” milyonlarını nağd pula çevirməyə çalışıb. Amma bütün hesablar bloklanıb. Növbəti cəhd zamanı Salavat saxlanılıb.

Faktla bağlı dələduzluq ittihamı ilə cinayət işi açılıb. “Ancelina Coli” isə axtarışa verilib.

Mənbə: “SHOT” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir