Şirkətlər kadrlarını Dubaydan köçürürlər

Dünya


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkənin paytaxtı Ər-Riyadı dünyanın ən böyük şəhərinə çevirmək və onu Yaxın Şərqin böyük siyasi-iqtisadi paytaxtına çevirmək niyyətindədir. Bunun üçün dövlət orqanları Dubaydan (BƏƏ) iş adamlarını öz ölkələrinə cəlb edirlər.

Belə ki, Səudiyyə Ərəbistanı 2024-cü ildən qüvvəyə minəcək qaydalar tətbiq edib. Yeni qaydalara görə, dövlət orqanlarının ölkədə regional qərargahı olmayan beynəlxalq şirkətlərlə iş görməsi qadağandır. Bununla əlaqədar olaraq xarici firmalar artıq kadrlarının BƏƏ-nin paytaxtından Ər-Riyada köçürülməsinə başlayıblar.

Bildirilir ki, Səudiyyənin paytaxtı bu yolla Dubayla rəqabət aparmağa çalışır.

Əməkdaşları Ər-Riyada cəlb etməyin yolları arasında köçmə ilə əlaqədar əməkhaqqının 35-40 faiz artırılması və iş yerlərini beş il saxlayacaqları zəmanəti olsa da, bu təşviqat işçilər üçün kifayət qədər faydalı olmaya bilər, bəziləri köçməyə razı deyillər. Problemlər arasında potensial mənzil çatışmazlığı və kirayə haqqının artması, həmçinin şirkətlərdə BƏƏ ilə müqayisədə daha sərt qaydalar, məsələn, spirtli içkilərə qadağalar daxildir.

Mənbə: Bloomberg

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir