Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 9-da rayon ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan pulqabı oğurlamaqda, “Mercedes” markalı digər avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Araşdırma aparılır.
www.102info.az