Melaniya Tramp ərinin həbsindən sonra səssizliyini pozdu – FOTO

Maraqlı


Son günlər ABŞ-nin 45-ci prezidenti Donald Trampın həbsi ilə bağlı xəbərlər gündəmdədir. Ölkənin sabiq lideri seçki kampaniyası üçün ayrılan vəsaitdən sui-istifadədə ittiham olunur.

Həm ölkə həyatında, həm də şəxsi münasibətlərdə baş verən hər hansı hadisəyə şərh verməkdən imtina edən və uzun müddət susan keçmiş birinci xanım Melaniya Tramp ərinin həbsi fonunda özünü xatırlatmaq qərarına gəlib. O, sosial şəbəkədə yeni paylaşım edib. Ancaq onun statusu Donald Trampla bağlı vəziyyətə aid olmayıb.

Trampın həyat yoldaşı keçmiş prezidentin həbsi və məhkəməsi ilə bağlı düşüncələri əvəzinə həmyerlilərini Pasxa bayramı münasibətilə təbrik edib.

Onu da bildirək ki, Melaniya Tramp məhkəmədə əri Donald Trampı dəstəkləmək üçün Nyu-Yorka getməyib.

Keçmiş Ağ Ev rəhbərinin Melaniya Trampla nikahda doğulan uşaqları da məhkəmədə iştirak etməyiblər.

Mənbə: Dni24.com

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir