Kəmər taxmayan sürücü özünü ələ verdi: Bir il avtomobil sürməyəcək – FOTO

Kriminal


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi taqımının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazid hərəkətlərinin qarşısı alınıb.

Bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Fərman İsgəndərov idarə etdiyi KIA markalı, 99-DP-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı F.İsgəndərovun narkotik maddə qəbul etməsi müəyyən olunduğundan barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.İsgəndərov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir