Bərdədə şam ağacları kütləvi şəkildə quruyur – VİDEO

Cəmiyyət


Qarabağın giriş qapısı sayılan Bərdə digər şəhər və rayonlarla müqayisədə yaşıllıqları ilə fərqlənir. 

Burada park və xiyabanların sayı çoxdur. Şam ağacları üstünlük təşkil edir. Amma son günlər Bərdə türbəsi və Torpaqqala kompleksində acınacaqlı vəziyyət hökm sürür.

Belə ki, ərazidəki yaşıllıq zolağında şam ağacları kütləvi şəkildə quruyur.

Ərazidə quruyan ağacların sayı artmaqdadır. Ağacların qabığı soyula-soyula gedir. Bu cür ağaclar parkda gəzən insanlar üçün də təhlükə mənbəyidir.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən bildirilib ki, digər bölgələrdə olduğu kimi, Bərdədə də şam ağacları naməlum xəstəlik səbəbindən kütləvi şəkildə quruyur. Sözügedən türbə və Torpaqqala kompleksi ərazisində quruyan ağaclar ekologiya idarəsinin mütəxəssislərinin rəyindən sonra ərazidən götürüləcək.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir