Mirziyoyev Ərdoğana zəng edərək “TOGG”a görə təşəkkür etdi

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Məlumata görə, söhbət zamanı Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr müzakirə olunub.

Türk dünyası olaraq birlik içində daha çox zirvələrə çatacaqlarına inandığını ifadə edən Prezident Ərdoğan, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu uğurun əsas sütunlarından biri olduğunu bildirib.

Özbəkistan Prezidenti “TOGG” hədiyyəsinə görə Prezident Ərdoğana təşəkkür edib. Mirziyoyev vurğulayıb ki, Türkiyənin hər sahədə olduğu kimi sənaye sahəsində də Prezident Ərdoğanın liderliyində əldə etdiyi irəliləyişlər çox dəyərlidir  və “TOGG” Türkiyə ilə birlikdə Türk dünyasının uğurudur.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir