ANAMA: “Laçında baş vermiş mina hadisəsi yaşayış evinin girişində olub” – FOTO

Müharibə


Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış evinin girişində olub.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb:

“ANAMA-nın apardığı araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir”.

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib:

“Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. ANAMA bu kimi faktları nəzərə almaqla bir daha vətəndaşlarımıza müraciət edərək yalnız təhlükəsiz marşrut xətlərindən istifadə edərək marşrutdan kənara çıxmamağa, məhz minatəmizləmə əməliyyatları icra olunan ərazilərdə müvafiq fəaliyyət həyata keçirməyə, ayıq-sayıq olmağa və məsuliyyətli davranmağa çağırır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir