Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, qadın sürücü idarə etdiyi avtomobili yolun kənarına aşırıb.
Qəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və 1987-ci il təvəllüdlü Cəmilə Musayeva xəsarət alıblar.
Zərərçəkənlərin hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az