Bakıda kütləvi dava olub.
Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Bir qrup şəxs arasında başa verən davada Abşeron rayon sakinləri – 43 yaşlı Novruz Hüseynov və 40 yaşlı Əli Yaqubov xəsarət alıb.
Hadisə barədə polisə məlumat verilib. Daxil olan məlumat əsasında Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Hazırda davanın digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
www.102info.az