Bakıda Pakistan vətəndaşları oğurlanıblar, pul tələb olunub

Cəmiyyət


Bakıda Pakistan vətəndaşları oğurlanıblar.

APA xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti, ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ayxan Məzahir oğlu Ağazadəyə məxsus mənzilə gətirərək, əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərilərində olan 1500 ABŞ dollarını və 400 Avro pullarını ələ keçiriblər.

Bundan başqa azad olunmaları müqabilində əlavə 20 min ABŞ dollarının verilməsini onlardan hədə-qorxu ilə tələb ediblər.

Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir