Bakı dairəvi yolunda yük maşını aşıb.
Oxu.Az-ın məlumatına görə, bu gün sözügedən yolda hərəkətdə olarkən “Mercedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Hadisə nəticəsində sözügedən yolda şəhər istiqamətinə nəqliyyat vasitələrinin hərəktində tıxac yaranıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

www.102info.az