Qəbələdə 10 gün əvvəl qəzaya düşən piyada ölüb

Cəmiyyət


On gün əvvəl avtomobillə vurulan piyada ölüb.

Aprelin 7-də Qəbələ şəhəri ərazisində, sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki,  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir