Sudanda nazirin evi raketlə vuruldu: Ailə üzvləri həlak oldular

Dünya


Sudanda nizami ordu ilə Çevik Reaksiya Qüvvələrinin (Xüsusi Təyinatlı Qüvvələr) arasında baş verən toqquşmalar zamanı 97 nəfər ölüb, 365 nəfər yaralanıb.

Bu barədə yerli həkimlərin həmkarlar ittifaqından xəbər verilib.

Qeyd olunur ki, Sudanda hərbi əməliyyatların başlanmasından sonra ölən və yaralananların hamısı mülki şəxslərdir.

Bundan başqa Sudanın mineral ehtiyatlar naziri Məhəmməd Bəşir Abunamunun Şimali Xartumdakı evinin raketlə vurulması nəticəsində ailəsinin iki üzvü həlak olub. Hücumda onun evində mühafizəçiləri də daxil olmaqla ümumilikdə beş nəfər ölüb.

Aprelin 15-də BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Şimali Darfurda xidməti vəzifələrini yerinə yetirərkən baş verən toqquşmalar zamanı həlak olub.

Aprelin 16-da axşam saatlarında Sudanın paytaxtında döyüşlərin intensivləşməsi ilə bağlı məlumat yayılıb. Bu, tərəflərin müvəqqəti olaraq humanitar dəhlizlərin açılması barədə razılığa gəlməsindən sonra baş verib.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir