Çindən olan 10 yaşlı uşaq Tanq Yinfan top çiləmək üzrə yeni rekord müəyyənləşdirib.
Məktəbli topu növbə ilə sağ və sol ayaqlarına keçirməklə bir saat ərzində 8 147 dəfə çiləməyə nail olub. Bununla o, “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Yinfan bir il əvvəl 50 dəqiqə ərzində topu 7 056 dəfə çiləməyi bacarmışdı.
Mənbə: sportbible.com
www.RIA24.az