“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inqilabi yeniliklərə imza atan adamdır”.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib.
O, əvvəllər ölkədə kasıb insanlarla varlılar arasında uçurum olduğunu xatırladıb.
“Təyyarəyə minmək zənginlik əlaməti idi. Bunun nə vaxt dəyişdiyini bilirsinizmi? Tayyib Ərdoğanla dəyişdi. Heç bir şişirtmə yoxdur. Ərdoğan inqilabçı adamdır. Ədalət və İnkişaf Partiyası inqilabçı siyasi partiyadır. Onun siyasi spektrdə yeri məhz belədir. O, dəyərlərinə bağlı bir inqilabçıdır”.
Nazir həmçinin Ərdoğanın Türkiyəni hazır infrastruktura malik və sürətlə gələcəyə doğru irəliləyən bir ölkəyə çevirdiyini vurğulayıb.
Mənbə: Haber Global
www.102info.az