Peskov: “Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə ehtiyac var”

Siyasət


“Hazırda Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Qarabağla bağlı üçtərəfli razılaşmaları məsələnin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsinə ehtiyac var”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz bütün müddəaların icrası istiqamətində irəliləyişi alternativsiz hesab edir və hamı üçün zəruri olduğunu düşünürük”, – deyə Kremlin nümayəndəsi qeyd edib.

Peskov vurğulayıb ki, Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırdır.

Mənbə: News.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir