“Artıq bir həftədir regionlardakı tibb müəssisələrində monitorinqlərə başlanılıb“.
APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin şöbə müdiri Bəyalı Məmmədov “Tibbi sığorta saatı”nda deyib.
O bildirib ki, ötən il və bu ilin 3 ayı ərzində monitorinqlər Bakı şəhəri və Abşeron rayonundakı tibb müəssisələrində aparılıb:
“Ötən il aparılmış monitorinqlərin nəticələri əsasında ilin sonunda böyük tədbirlər planı tərtib edilib. Bu tədbir planına əsasən, yeni göndəriş qaydaları hazırlanıb və yaxın zamanda xəstəxanalara təqdim olunacaq”.
www.102info.az