Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra həyatına qəsd edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az