“Kinematoqrafiya sadəcə yaradıcılıq deyil, həm də istehsalatdır”.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, kinematoqrafçılığın inkişafı üçün mütləq qanunvericilik dəyişməlidir:
“İstehsalat isə bazar mühiti ilə bağlıdır. Kinematoqrafçılar üçün birinci olan isə təbii ki, bədii prosesdir. Bunları isə təşkilatçılıq, idarəçilik uzlaşdıra bilər”.
O.Fikrətoğlu əlavə edib ki, kinematoqrafiya özəl sahə olduğuna görə, kinematoqraf qanunvericilikdə nəzərdə tutulan ümumi qaydalara riayət edə bilməz.
Nəzrin Vahid
www.RIA24.az