“İdeologiyanın mahiyyətini bilməliyik, bu hər kəsin qanında olmalıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor, Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev deyib.
Onun sözlərinə görə, kino etik və estetik aləmimizi yaradır:
“Gənclər ideologiyanı pozmamalıdırlar. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə də gələcək üçün ehtiyatlı olmaq lazımdır”.
V.Mustafayev sonda “Həyat, deyəsən, gözəldir” filminin may ayında nümayiş olunacağını qeyd edib:
“Filmdə gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz ediblər. Türkiyədə festivala təqdim edilməzdən əvvəl filmdən 27 dəqiqə kəsildi. Mən bunun niyə edildiyini başa düşmədim”.
Nəzrin Vahid
www.102info.az