Ötən il fiziki şəxslərin taksi ilə sərnişin daşınmasında payı 59% təşkil edib

Cəmiyyət


Ötən il sərnişin daşınmasında ən böyük pay sahibi olan avtomobil nəqliyyatında nəqliyyat növləri üzrə daşınan sərnişin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, avtomobil nəqliyyatında ən çox sərnişin daşınması avtobuslara aiddir.

Belə ki, qeyd olunan dövrdə ümumilikdə 1 milyard 321 milyon 206 min sərnişin daşınıb ki, bunun da 557 milyon 961 min nəfəri fərdi sahibkarlara məxsus marşrut xətləri ilə daşınıb.

Bu nəqliyyat növlərində sərnişin daşınması üzrə digər yüksək göstərici taksi nəqliyyatına aiddir. Ötən il taksilər vasitəsilə 83 milyon 814 min sərnişin daşınıb ki, bunun da 49 milyon 569 mini fiziki şəxslərin payına düşür.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir