149 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilir

Cəmiyyət


149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişiklik Bakı şəhərində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədardır.

Rəsmi məlumata görə, tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) avtobusun hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklərin edilməsi planlaşdırılır:

“149 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – “Elmlər Akademiyası” metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir