“Azərsu” sədri Qorxmaz Hüseynovun “topdağıtmaz” MİLYARDLIQ SƏRVƏTİ: Restoranlar, şirkətləri, səyahət agentlikləri, MMC-lər, hamamlar…

AKTUAL

“Azərsu” şirkətinin rəhbəri Qorxmaz Hüseynovun ailə şəbəkəsinin və qohumlarının adına keçirdiyi çoxmiyonluq əmlakının, şirkətlərinin və səyahət agentlikləri adları məlum olub. Bu barədə araşdırmaçı-jurnalist Həbib Müntəzir məlumat yayıb.

 Jurnalist yazır ki, Qorxmaz Hüseynovun rəhbəri olduğu şirkətə dövlət hər il milyardlarla pul ayırsa da, şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətində ciddi bir dəyişiklik olmur: su təchizatı bərbad, içməli suyun keyfiyyəti palçıq kimi, kanalizasiya sistemi murdar günündə, ölkədə su qıtlığı kifayət qədərdir. Həbib Müntəzir qeyd edir ki, bunun əvəzinə, Qorxmaz Hüseynov hər il dövlət tərəfindən ayrılan bu pullarla özünə nəhəng ailə biznesi qurub.Restoranlara, obyektlərə, hamamlara, böyük şirkətlərə və mülklərə sahib olub.

Beləliklə, 10 ildir ki, “Azərsu”ya rəhbərlik edən Qorxmaz Hüseynovun və yaxınlarının sahib olduğu çoxsaylı şirkətlərin bir qisminin siyahısı:– “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu– “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov – qardaşıdır– SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşıdır– SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu– “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğludur– Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu – Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)– “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynı– Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri – Cəbrayılov Natiq Cidalı oğlu – digər qaynı– “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini – Cəbrayılov Nurəli Cidalı oğlu – digər qaynı– Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu– Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edirQaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər:“XƏZƏR TUR TRAVEL” MMC“SEVDA” XÜSUSİ KİÇİK MÜƏSSİSƏSİ“HİDRO TOP” MMC“OMİCRON” MMC“HİDRO MAKİNA” MMC“HİDRO İNŞAAT SERVİS” MMC“KOMPROQRAM PROQRAMLAŞDIRMA VƏ TEXNİKİ TƏCHİZAT” MÜƏSSİSƏSİ.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir