Rusiyanın Kanadakı səfirliyinə qırmızı boya atıldı

Dünya


Naməlum şəxs Rusiyanın Ottavadakı səfirliyinin hasarına qırmızı boya atıb.

Bu barədə cümə axşamı Rusiyanın Kanadadakı səfirliyinin müşaviri Vladimir Proskuryakov bildirib.

“Üzünü tam bağlamış naməlum şəxs səfirliyin hasarına qırmızı boya atıb və bununla da Rusiya səfirliyinə xeyli ziyan vurub”, – diplomat deyib.

Proskuryakovun sözlərinə görə, səfirlik həmin şəxsin tapılması tələbi ilə artıq polisə müraciət edib.

Həmçinin Kanada Xarici İşlər Nazirliyinə diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik missiyasının təhlükəsizliyinin təmin edilməsi tələbi ilə nota göndərilib.

Proskuryakov Kanadanın Moskvadakı səfirliyinin hələ də “tam rahatlıq” rejimində fəaliyyət göstərməsinə diqqət çəkib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir