“Azərbaycan film festivalının keçirilməsi istiqamətində addım atılmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” panelində Kann, Venesiya və Berlin festivallarının mükafatçısı prodüser Giyom de Sey deyib.
Onun sözlərinə görə, film festivalını Azərbaycana gətirmək mümkündür:
“Kino sahəsində dəyərli nümunələr görmək istərdik. Film sahəsində görməli işlər çoxdur”.
O, sonda qeyd edib ki, Azərbaycan filmlərindən ibarət festivalla bağlı dəvət gələcəyini gözləyir.
Nəzrin Vahid
www.RIA24.az