Böyüklərdən ibarət sambo Azərbaycan sambo millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında dörd medal qazanıb.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) gümüş medalla kifayətlənib. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.
www.102info.az